Yuxarı
    Bağlamaq

    Salyanda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb

    Faktla bağlı araşdırma aparılır

    Salyan. 20 oktyabr. REPORT.AZ/ Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

    “Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

    Belə ki, Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Masallı rayon sakinləri - 31 yaşlı Vüqar Rafiq oğlu Vəliyev və 31 yaşlı Qafur Faiq oğlu Zamanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndəriliblər.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi