Salyanda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb

Salyanda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb Salyanda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
14 Yanvar , 2020 12:00
Salyanda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb

Salyanda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan şəhəri Zeynalabdin Tağıyev küçəsindəki parkda qeydə alınıb. Belə ki, kütləvi dava zamanı rayonun Bəydili kənd sakini, 1994-cü il təvəllüdlü Tərlan Əhmədağa oğlu Qasımov və onun dostu Noxudlu kənd sakini, 1994-ci il təvəllüdlü Nicat Həmid oğlu Səfərov tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılar cərrahiyyə şöbəsində əməliyyat olunaraq xəstəxanaya yerləşdirilib.

Tərlan Qasımovun dediyinə görə, marketlərdən bazarlıq etmək məqsədi ilə şəhərə gəlib. Parkın yaxınlığından keçərkən dostu Nicat Səfərovun tanımadığı 5-6 nəfər tərəfindən döyüldüyünü görüb. Onları ayırmaq istəyərkən bu hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi