Salyanda kürəkən qayınatasını bıçaqlayıb

Salyanda kürəkən qayınatasını bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Yanvar , 2017 08:40
Salyanda kürəkən qayınatasını bıçaqlayıb

Salyan. 8 yanvar. REPORT.AZ/ Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Kənd sakini, 46 yaşlı Natiq Mirəziz oğlu Qasımov ailə münaqişəsi zəminində kürəkəni tərəfindən bıçaqlanıb. N.Qasımov üzünün sol tərəfinin geniş kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada yardım göstərildikdən sonra Natiq Qasımov ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi