Salyanda körpü təmiri zamanı fəhləni maşın vuraraq öldürüb - YENİLƏNİB

Salyanda körpü təmiri zamanı fəhləni maşın vuraraq öldürüb - YENİLƏNİB Salyan. 20 noyabr. REPORT.AZ/ Salyan rayonunda həyatını itirən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
20 Noyabr , 2018 00:50
Salyanda körpü təmiri zamanı fəhləni maşın vuraraq öldürüb - YENİLƏNİB

Salyan. 20 noyabr. REPORT.AZ/ Salyan rayonunda həyatını itirən piyadanın şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, avtomobilin vurduğu şəxs 1968-ci il təvəllüdlü Şirvan şəhər sakini Rövşən Abdullayevdir.

Bu gün axşam saatlarında Kür çayı üzərində körpünün təmiri ilə məşğul olan fəhləni avtomobilin vurması nəticəsində piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


***23:30

Salyan. 19 noyabr. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Çuxanlı kəndi ərazisində hələlik şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vurub.

Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan şəxs hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Kürdəmirdə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub.

Son xəbərlər

Orphus sistemi