Salyanda kişi meyiti aşkarlanıb - YENİLƏNİB

Salyanda kişi meyiti aşkarlanıb - YENİLƏNİB Salyan. 26 fevral. REPORT.AZ/ Salyan rayonunda tapılan kişi meyitinin kimə məxsus olması məlum olub.
Hadisə
26 Fevral , 2018 12:50
Salyanda kişi meyiti aşkarlanıb - YENİLƏNİB

Salyan. 26 fevral. REPORT.AZ/ Salyan rayonunda tapılan kişi meyitinin kimə məxsus olması məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, Ələt-Astara magistral yolunun yaxınlığından keçən Akkuşa çayı sahilində yerli sakinlər tərəfindən aşkar olunan meyitin rayonun Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Qəniyev Elməddin İsrail oğluna məxsus olması məlum olub. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib.


***12:08

Salyan. 26 fevral. REPORT.AZ/ Salyan rayonunda naməlum kişi meyiti aşkar edilib. 

“Report”un Aran bürosu xəbər verir ki, bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun yaxınlığından keçən Akkuşa çayı sahilində kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. 

Meyitin kimə məxsus olması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi