Salyanda keçmiş polis mayoru ürəktutmadan dünyasını dəyişib

Salyanda keçmiş polis mayoru ürəktutmadan dünyasını dəyişib O, qəfildən vəfat edib
Hadisə
16 Fevral , 2017 12:11
Salyanda keçmiş polis mayoru ürəktutmadan dünyasını dəyişib

Salyan. 16 fevral.REPORT.AZ/ Salyan rayonunda sabiq polis zabiti dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Sarvan kənd sakini, keçmiş polis mayoru, 61 yaşlı Arif Pilağa oğlu Mehdiyev ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, A.Mehdiyev uzun müddət Salyan rayon Polis şöbəsində maliyyə şöbəsinin müdiri işləyib. Pensiyada olan keçmiş polis mayorunun bundan əvvəl bir dəfə infarkt keçirdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi