Salyanda keçmiş məhkum qohumunun evindən oğurluq edib

Salyanda keçmiş məhkum qohumunun evindən oğurluq edib Bakı. 14 avqust. REPORT.AZ/ Salyan rayonunda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
14 Avqust , 2018 16:11
Salyanda keçmiş məhkum qohumunun evindən oğurluq edib

Bakı. 14 avqust. REPORT.AZ/ Salyan rayonunda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Belə ki, Salyan rayonunun Yenikənd kənd sakini olan bir qadın avqustun 11-də rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək üç gün əvvəl evindən 1600 manat dəyərində qızıl-zinət əşyalarının və 100 manat pulun oğurlandığını bildirib.

Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Salyan rayonunun Yenikənd kənd sakini, 40 yaşlı Ramil Hüseynov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb. 

Faktla bağlı Salyan RPŞ-nin istintaq bölməsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi