Salyanda "KaMAZ" "Mercedes"lə toqquşub: xəsarət alanlar var

Salyanda "KaMAZ" "Mercedes"lə toqquşub: xəsarət alanlar var Hadisə nəticəsində 3 nəfər xəsarət alıb
Hadisə
169
15 Avqust , 2017 08:47
Salyanda KaMAZ Mercedeslə toqquşub: xəsarət alanlar var

Salyan. 15 avqust. REPORT.AZ/ Salyan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil "KaMAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb. 

Onlardan biri - 1971-ci il təvəllüdlü Göyçay rayon sakin Qəfərov Şahbaz Şahbalı oğlu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına, digər 2 yaralı isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır. 

Son xəbərlər

Orphus sistemi