Yuxarı
    Bağlamaq

    Salyanda kabel oğurlayan şəxslər saxlanılıb

    Oğurlanmış kabelin bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb

    Bakı. 1 noyabr. REPORT.AZ/ Salyan rayonunda kabel oğurlayan şəxslər tutulub.

    Bu barədə "Report”a DİN mətbuat xidmətinin Ararn regional qrupunun rəhbəri Tural Nəsirov məlumat verib. Məlumata görə, bu il sentyabrın 12-nə keçən gecə Salyan rayonunun Qardılı kəndi ərazisində “Azərenerji” ASC-yə məxsus 500 metr mis naqilin kəsilərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Oktyabrın 31-nə keçən gecə isə rayonun Şəkərli kəndinin ərazisindən keçən, Salyan və Ələt yarımstansiyalarını qidalandıran sistemin işlək vəziyyətdə olan elektrik xəttinin 250 metrlik hissəsinin kəsilərək oğurlanması barədə daha bir fakt aşkarlanıb.

    Hər iki cinayətin açılması istiqamətində DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Salyan Rayon Polis Şöbəsinin əməkdaşları birgə tədbirlər keçiriblər. Əldə olunmuş əməliyyat məlumatı əsasında oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

    Araşdırmalarla onların Yenikənd kənd sakinləri Vahid Ataşov və Eldar Babayev olduqları məlum olub.

    Ətraflarında aparılan tədbirlərlə onların hər iki oğurluğu digər 2 nəfərlə birgə qrup halında törətdikləri müəyyən edilib. Görülmüş tədbirlərlə rayon sakinləri olan Elşad Babayev və Tahir Quliyev də saxlanılıblar.

    Oğurlanmış kabelin bir hissəsi polis əməkdaşları tərəfindən Elşad Babayevin həyətindən aşkar olunaraq maddi sübut kimi götürülüb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi