Yuxarı
    Bağlamaq

    Salyanda işdən çıxarılan gənc intihara cəhd edib

    Adil Əliyev çalışdığı şirkətdə işdən çıxarıldığı üçün belə bir addım atıb

    Salyan. 11 aprel. REPORT.AZ/ Salyanda intihara cəhd hadisəsi baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

    Belə ki, həmin ünvanda yaşayan 26 yaşlı Adil Yadigar oğlu Əliyev çoxlu dərman qəbul edərək özünə qəsd etmək istəyib. Yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan A.Əliyevə ilk tibbi yardım göstərilib.

    Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, A. Əliyev çalışdığı şirkətdə işdən çıxarıldığı üçün belə bir addım atıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi