Salyanda iribuynuzlu heyvan öz sahibini vuraraq xəstəxanalıq edib

Salyanda iribuynuzlu heyvan öz sahibini vuraraq xəstəxanalıq edib Salyan. 1 iyun. REPORT.AZ/ Salyan rayonunda iribuynuzlu heyvan öz sahibini vurub.
Hadisə
1 İyun , 2018 22:43
Salyanda iribuynuzlu heyvan öz sahibini vuraraq xəstəxanalıq edib

Salyan. 1 iyun. REPORT.AZ/ Salyan rayonunda iribuynuzlu heyvan öz sahibini vurub.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Sarvan kəndində 1982-ci il təvəllüdlü kənd sakini Əsədov Amid Fərəc oğlu sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralı Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Onun deməsinə görə, tövlədə iplə bağlanmış iribuynuzlu heyvanın ipini açmaq istəyən zaman onu vurub. Bu zaman əlindəki bıçaq sağrı nahiyəsinə girərək yaralayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi