Salyanda ikimərtəbəli yaşayış binasında yanğın baş verib, 7 nəfər təxliyə olunub

Salyanda ikimərtəbəli yaşayış binasında yanğın baş verib, 7 nəfər təxliyə olunub Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
23 Mart , 2016 09:00
Salyanda ikimərtəbəli yaşayış binasında yanğın baş verib, 7 nəfər təxliyə olunub

Bakı. 23 mart. REPORT.AZ/ Salyan şəhərində yaşayış binasında yanğın baş verib. "Report"un məlumatına görə, ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 69 kv.m olan 4 otaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 32 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi