Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var

Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var Salyan rayonunda iki yük maşınları toqquşub, xəsarət alanlar var.
Hadisə
11 iyul 2022 05:25
Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var

Salyan rayonunda iki yük maşınları toqquşub, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını qarşıda hərəkət edən digər “KamAZ”ın arxa hissəsinə çırpılıb. Nəticədə Masallı rayon sakinləri - 1995-ci il təvəllüdlü Ağayev Fuad Bəybəla oğlu və 1996-cı il təvəllüdlü Rəhimov Sədail Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi