Yuxarı
    Bağlamaq

    Salyanda iki yük maşını toqquşub, 1 nəfər yaralanıb

    Qəza Ələt-Astara magistral yolunda qeydə alınıb

    Salyan. 5 may. REPORT.AZ/ Salyanda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gecə Ələt-Astara magistral yolunun Baş Şirvan kanal ərazisindən keçən hissəsində qeydə alınıb.

    Ağdam sakini, 42 yaşlı Qabil Cəlal oğlu Hümmətov idarə etdiyi “Shacman” markalı yük maşını ilə hərəkətdə olarkən yolun kənarında dayanmış eyni adlı yük maşınına arxadan çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi