Salyanda iki yük maşını toqquşub, 1 nəfər yaralanıb

Salyanda iki yük maşını toqquşub, 1 nəfər yaralanıb Qəza Xıdırlı kəndi ərazisində qeydə alınıb
Hadisə
14 Oktyabr , 2015 08:55
Salyanda iki yük maşını toqquşub, 1 nəfər yaralanıb

Bakı.14 oktyabr.REPORT.AZ/ Salyanda iki "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 1 nəfər yaralanıb.

"Report" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 20-ci kilometrliyində, Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza nəticəsində sürücülərdən biri - Astara rayon sakini, 1977-ci il təvəllüdlü Seyran Səadət oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərildikdən sonra paytaxta göndərilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi