Salyanda iki uşaq anası intihar edib - YENİLƏNİB

Salyanda iki uşaq anası intihar edib - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanılıb.
Hadisə
7 Dekabr , 2018 10:12
Salyanda iki uşaq anası intihar edib - YENİLƏNİB
0 : 00
0 : 00

Salyan. 7 dekabr. REPORT.AZ/ Salyan rayonunda özünü asaraq intihar edən gənc qadının şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Xələc kənd sakini ,1991-ci il təvəllüdlü Ülviyyə Hafiz qızı Əliyeva yaşadığı evdə özünü asaraq intihar edib.

Gənc qadının asılmış vəziyytədə olan meyiti səhər saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.  Məlum olub ki, qadın özünü axşam saatlarında asıb.

Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb. 


*** 08:21

Salyan. 7 dekabr. REPORT.AZ/ Salyan rayonunda gənc qadın intihar edib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xələc kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan gəmc qadın özünü yaşadığı evin həyətindəki yarımtikilidə asaraq intihar edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi