Salyanda iki şadlıq evinin sahibi cərimələnib

Salyanda iki şadlıq evinin sahibi cərimələnib Salyanda iki şadlıq evinin sahibi cərimələnib
Hadisə
124
9 Avqust , 2021 09:46
Salyanda iki şadlıq evinin sahibi cərimələnib

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Samir" və “Qardaşlar” şadlıq saraylarında təşkil olunan toy məclislərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, adı çəkilən sarayların sahibləri toy mərasimlərində normadan artıq qonağın iştirak etməsinə şərait yaradıblar.

Yol verilən qayda pozuntusu ilə bağlı hər iki obyektin sahibi 4000 manat məbləğində cərimə olunub.

Son xəbərlər

Orphus sistemi