Salyanda iki qardaş yol qəzasında xəsarət alıb

Salyanda iki qardaş yol qəzasında xəsarət alıb Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
16 Dekabr , 2021 22:41
Salyanda iki qardaş yol qəzasında xəsarət alıb
0 : 00
0 : 00

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1968-ci il təvəllüdlü Abışov Mübariz Hekayət oğlu və qardaşı, 1970-ci il təvəllüdlü Abışov Əfqan Hekayət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi