Salyanda iki qardaş qohumları tərəfindən bıçaqlanıb

Salyanda iki qardaş qohumları tərəfindən bıçaqlanıb Salyan. 23 dekabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
23 Dekabr , 2018 21:24
Salyanda iki qardaş qohumları tərəfindən bıçaqlanıb

Salyan. 23 dekabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, şəhərin M.F.Axundov küçəsində yaşayan 1983-cü il təvəllüdlü Hənifəyev Əfzələddin Tahir oğlu və onun 1989-cu il təvəllüdlü qardaşı Hənifəyəv Elnur bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarətlər yüngül olduğundan Travmatologiya şöbəsində onlara ilkin tibbi yardım göstərilib. Hər iki qardaşın qohumu tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Yevlaxda orta yaşlı kişi bıçaqlanıb.

Son xəbərlər

Orphus sistemi