Yuxarı

Salyanda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Yaralılar ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib

Bakı. 5 iyun. REPORT.AZ/ Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə bu gün gecə saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonunun Qalalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Biləsuvar rayonunun Bağbanlar kənd sakinləri: - 29 yaşlı Mahir Aydın oğlu Mehdiyev, 29 yaşlı Aqşin Rəfael oğlu Rzaquliyev və Masallı sakinləri: - 35 yaşlı Anar Turac oğlu Nağıyev və 45 yaşlı Hafiz Qələm oğlu Qənbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərəçəkənlər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılar ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi