Salyanda iki maşın toqquşub, 1 qadın xəsarət alıb

Salyanda iki maşın toqquşub, 1 qadın xəsarət alıb Salyan. 28 yanvar. REPORT.AZ/ Salyan rayonunun Qızılağac kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
28 yanvar 2019 18:54
Salyanda iki maşın toqquşub, 1 qadın xəsarət alıb
Foto: "Report"

Salyan. 28 yanvar. REPORT.AZ/ Salyan rayonunun Qızılağac kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, 1965-ci il təvəllüdlü kənd sakini Əliyev Tahir Ağaş oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən, eyni markalı maşınla toqquşub.

Qəza nəticəsində sürücünün müxtəlif dərəcəli bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü həyat yoldaşı Nərminə Əliyeva Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncə şəhərində yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi