Salyanda iki həmyerli bir-birini bıçaqlayıb

Salyanda iki həmyerli bir-birini bıçaqlayıb Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil
Hadisə
100
25 May , 2016 22:27
Salyanda iki həmyerli bir-birini bıçaqlayıb

Bakı. 25 may. REPORT.AZ/ Salyanda bıçaqlanma hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərində qeydə alınıb.

İlkin məlumata görə, Salyan şəhəri Ənnağı Hüseynov küçəsi ev 71 ünvanında yaşayan 25 yaşlı Emin Elşənoğlu Nəsibov 28 May küçəsində yaşayan 18 yaşlı Yaşar Elşən oğlu Ağayev arasında baş verən mübahisə zamanı həmyerlilər bir-birinə bir neçə bıçaq zərbəsi vurub.

Çoxsaylı bıçaq zərbələri alan hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq cərrahiyyə şöbəsində əməliyyat olunub.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Salyan Rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi