Salyanda iki gün öncə yol qəzasında yaralılardan biri ölüb

Salyanda iki gün öncə yol qəzasında yaralılardan biri ölüb Salyan rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlardan biri ölüb.
Hadisə
27 Aprel , 2019 08:36
Salyanda iki gün öncə yol qəzasında yaralılardan biri ölüb

Salyan rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlardan biri ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, Salyanda həkimlərin səyinə baxmayaraq, bu gün səhər saatlarında, 1952-ci il təvəllüdlü Cəlilabad sakini Soltanov Məmmədqulu xəstəxanada dünyasını dəyişib. Onun meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib.

Aprelin 25-də Ələt-Astara magistral yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusla “Mercedes markalı avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət almışdı.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi