Salyanda iki gənc bıçaqlanıb

Salyanda iki gənc bıçaqlanıb Salyan. 24 yanvar. REPORT.AZ/ Salyan rayonunda iki gənc bıçaqlanıb. 
Hadisə
24 Yanvar , 2018 15:29
Salyanda iki gənc bıçaqlanıb

Salyan. 24 yanvar. REPORT.AZ/ Salyan rayonunda iki gənc bıçaqlanıb. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektində baş verib. 

Belə ki, naməlum şəxs Salyan şəhər Ş.Hüseynzadə küçəsinin sakinləri - 1998-ci il təvəllüdlü Nurməmməd Telman oğlu Cəfərova 7, 1996-cı il təvəllüdlü Toğrul İlham oğlu Abdullayevə 4 bıçaq zərbəsi vuraraq qaçıb. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, hər iki gənc əməliyyat olunub: "Əməliyyat olunan gənclər Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağırdır".

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi