Kürdə boğulan gəncin meyiti sudan çıxarılıb

Kürdə boğulan gəncin meyiti sudan çıxarılıb Kür çayının Salyandan keçən hissəsində gənc boğulub.
Hadisə
772
30 Avqust , 2021 08:18
Kürdə boğulan gəncin meyiti sudan çıxarılıb

Kür çayının Salyandan keçən hissəsində boğulan gəncin meyiti çıxarılıb.

“Report”un Aran bürosunun məlumatına görə, 2006-cı il təvəllüdlü Baxışov Emin Əziz oğlunun meyiti ötən gecə FHN-in dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Salyanın 3 sakininin olduğu qayıq çevrilib. Hadisə nəticəsində 2 nəfər xilas olub, E.Baxışov isə çayda bataraq boğulub.

Faktla bağlı araşdırma aparılır.

29.08.2021. 22:30

Salyanda Kürdə boğulan gəncin axtarışları hələ də davam edir.

“Report”un Aran bürosunun məlumatına görə, Salyan şəhər sakini, 15 yaşlı Baxışov Emin Əziz oğlu və daha iki nəfər qayıqla Kürün Şirvan tayına keçmək istəyən zaman qayıq aşıb. Bu zaman onların hər üçü çaya düşüb. Çaya düşənlərdən ikisi xilas olunsa da, E.Baxışov Kürdə batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

21:37

Salyanda gənc oğlan Kür çayında batıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, 15 yaşlı gənc (ad və soyad dəqiqləşdirilir-red) Kür çayına düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib, axtarışlar işləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi