Bakı. 6 yanvar. REPORT. AZ / Salyan rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Naib Həsənbala oğlu Yəhyayevə məxsus ev qəfildən alovlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Yanğın söndürülsə də üç otaqlı evin bir otağı içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Salyanda fərdi yaşayış evi yanıb
Hadisə
175
6 Yanvar , 2016
10:50


Son xəbərlər
