Yuxarı

Salyanda fəhlə körpünün inşası zamanı yıxılaraq ölüb

Salyanda fəhlə körpünün inşası zamanı yıxılaraq ölüb

127

Salyan. 25 oktyabr. REPORT.AZ/ Salyan rayonunda ölüm hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonda aparılan körpü tikintisi zamanı qeydə alınıb.

Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Cari oğlu körpüdən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib. Lakin həkimlərin səyinə baxmayaraq, S.Əzizov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi