Salyanda ər arvadını döyərək xəstəxanalıq edib

Salyanda ər arvadını döyərək xəstəxanalıq edib 40 yaşlı Cəmilə Əliyeva əri Cəmil Əliyev tərəfindən döyülərək xəsarət alıb
Hadisə
4 Sentyabr , 2016 18:58
Salyanda ər arvadını döyərək xəstəxanalıq edib

Salyan. 4 sentyabr. REPORT.AZ/ Salyanda qadın əri tərəfindən döyülərək xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 40 yaşlı Cəmilə Şahverən qızı Əliyeva ailə münaqişəsi zəmnində əri Cəmil Əliyev tərəfindən döyülüb. Kəllə-beyn travması alan və üz nahiyyəsi zədələnən qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlk tibbi yardım göstərildikdən sonra zərərçəkən travmatologiya şöbəsində yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi