Salyanda doğum evində ölən körpələr dəfn olunub

Salyanda doğum evində ölən körpələr dəfn olunub Sağ qalan uşağın vəziyyəti hələlik stabildir
Hadisə
22 İyun , 2016 10:27
Salyanda doğum evində ölən körpələr dəfn olunub

Salyan. 22 iyun. REPORT. AZ / Ötən gün doğum evində ölən iki uşaq axşam saatlarında dəfn olunub.

“Report”un Aran bürosu xəbər verir ki, Bakıdan müayinədən gətirilən körpələr axşam saatlarında qəbiristanlıqda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, digər sağ qalan uşağın vəziyyəti hələlik stabildir.

Qeyd edək ki, ötən gün Salyan doğum şöbəsində üçəm doğan Mirzabitə Abdullayevanın iki körpəsi işıqlar söndürüldüyündən oksigen çatışmazlığından küveyzdə boğularaq ölüb. 

Son xəbərlər

Orphus sistemi