Yuxarı
    Bağlamaq

    ​Salyanda doğulan üçəmlərdən sonuncusu dəfn olunub - FOTO

    Nənə Şəlalə Abdullayeva bu işdə günahı olanların cəzalandırılmasını istəyir

    Salyan. 1 iyul. REPORT.AZ/ Salyan rayonunda doğulan üçəmlərdən sonuncusu dəfn olunub. 

    “Report”un Aran bürosu xəbər verir ki, körpənin meyiti doğmalarının iştirakı ilə bu gün günorta saatlarında rayona yola salınıb və Cümə məscidinə gətirilərək yuyulub.

    Bunda sonra körpənin meyiti evə, oradan da qəbiristanlığa aparılıb və qardaşlarının yanında torpağa tapşırılıb. 

    Ölən körpələrin nənəsi Şəlalə Abdullayeva bu işdə günahı olanların cəzalandırılmasını istəyir.

    Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, sağ qalanı isə dünən Bakıda dünyasını dəyişib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi