Salyanda dərmandan zəhərlənən qız dünyasını dəyişib

Salyanda dərmandan zəhərlənən qız dünyasını dəyişib Həkimlər xəstənin həyatını xilas edə bilməyiblər
Hadisə
9 Aprel , 2017 13:57
Salyanda dərmandan zəhərlənən qız dünyasını dəyişib

Salyan. 9 aprel. REPORT.AZ/ Ötən gün Salyan rayonunda dərmandan zəhərlənən 21 yaşlı qız xəstəxanada dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə aprelin 8-i axşam saatlarında rayonun Noxudlu kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Gülmira Qəhrəman qızı Cahangirova xəstəliyi ilə əlaqədar həddindən artıq dərman qəbul etdiyindən zəhərlənib. O, yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirirdilər.

Son xəbərlər

Orphus sistemi