Salyanda dəniz sahilindən iki raket tapılıb

Salyanda dəniz sahilindən iki raket tapılıb Bakı. 19 oktyabr. REPORT.AZ/ Oktyabrın 18-də Salyan rayonunun Bəndovan qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.
Hadisə
19 Oktyabr , 2018 04:49
Salyanda dəniz sahilindən iki raket tapılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Oktyabrın 18-də Salyan rayonunun Bəndovan qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.

ANAMA-dan “Report”a verilən məlumata görə, bu barədə məlumat Agentliyə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 140 mm-lik raket (M-14) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin tapıldığı yerin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bundan əvvəl Ağstafa rayonundakı N saylı hərbi hissə yaxınlığında partlamamış hərbi sursat tapılıb.

Son xəbərlər

Orphus sistemi