Salyanda dələduzluq edən şəxs saxlanılıb

Salyanda dələduzluq edən şəxs saxlanılıb Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə pullarını mənimsəyən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Hadisə
376
23 Noyabr , 2021 10:58
Salyanda dələduzluq edən şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə pullarını mənimsəyən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Həsənli kənd sakini Emin Əsgərov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs bir neçə rayon sakininin etibarından istifadə edərək, onlara sosial yardım düzəldəcəyi barədə yalan vədlər verərək pullarını dələduzluq yolu ilə mənimsəyib.

"Polis əməkdaşları Emin Əsgərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi