Salyanda çaya düşən “Kamaz”ın sürücüsü və sərnişini suda boğulub

Salyanda çaya düşən “Kamaz”ın sürücüsü və sərnişini suda boğulub Yük maşını sudan çıxarılsa da sürücü və yanındakı Mahir adlı sərnişin tapılmayıb
Hadisə
30 Mart , 2016 00:17
Salyanda çaya düşən “Kamaz”ın sürücüsü və sərnişini suda boğulub

Bakı. 30 mart. REPORT.AZ/ Axşam saatlarında Ələt-Astara magistral yolunda Salyanın PMK-9 adlanan ərazisindən keçən hissəsində Salyanda “KamAZ” markalı yük maşını çaya düşüb.

“Report”xəbər verir ki, Qobustan sakini, 30 yaşlı Araz QaçayevBakı istiqamətində hərəkətdə olarkən qarşısına “VAZ-21015” markalı avtomobil çıxıb. “KamAZ”ın sürücüsü avtomobili vurmamağa cəhd göstərib. Bu zaman yük maşını yaxınlıqdakı Akkuşa çayına düşüb.

Hadisə yerinə FHN, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yük maşını sudan çıxarılsa da sürücü və yanındakı Mahir adlı sərnişin tapılmayıb. Qobustandan 100 nəfərə yaxın qohumu hadisə yerinə gəlib. Akkuşa çayının bağlanmamasına etirazlarını bildiriblər. Hazırda çayın səviyyəsinin aşağı salınması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi