​Salyanda baş verən yol qəzasında ər-arvad xəsarət alıb

​Salyanda baş verən yol qəzasında ər-arvad xəsarət alıb Qəza iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb
Hadisə
5 İyun , 2016 21:25
​Salyanda baş verən yol qəzasında ər-arvad xəsarət alıb

Salyan. 5 iyun. REPORT.AZ/ Bu gün Salyan rayonunun Noxudlu kəndi ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

“Report” xəbər verir ki, qəza iki minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Nəticədə Noxudlu kənd sakinləri - 44 yaşlı Rəhim Şirqasım oğlu Ağayev və 39 yaşlı həyat yoldaşı Pərvanə Vəlixan qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi