Salyanda azyaşlı uşaq çaya düşərək boğulub

Salyanda azyaşlı uşaq çaya düşərək boğulub Azyaşlının axtarışları davam edir
Hadisə
13 İyun , 2016 14:35
Salyanda azyaşlı uşaq çaya düşərək boğulub

Salyan. 13 iyun. REPORT.AZ/ Salyan rayonunda azyaşlı uşaq çaya düşərək boğulub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolu üzərində yerləşən Akkuşa çayında baş verib. Salyan rayon sakini Alxas Sadiq oğlu Mirməmmədov çayda çimərkən boğulub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Azyaşlının axtarışları davam edir.

Son xəbərlər

Orphus sistemi