Salyanda azyaşlı uşağın 4-cü mərtəbədən yıxılmasının təfərrüatları məlum olub - YENİLƏNİB

Salyanda azyaşlı uşağın 4-cü mərtəbədən yıxılmasının təfərrüatları məlum olub - YENİLƏNİB Salyan. 29 iyul. REPORT.AZ/ Salyanda azyaşlı uşağın 4-cü mərtəbədən yıxılmasının təfərrüatları məlum olub.
Hadisə
29 İyul , 2018 15:32
Salyanda azyaşlı uşağın 4-cü mərtəbədən yıxılmasının təfərrüatları məlum olub - YENİLƏNİB

Salyan. 29 iyul. REPORT.AZ/ Salyanda azyaşlı uşağın 4-cü mərtəbədən yıxılmasının təfərrüatları məlum olub.

”Report”un Aran bürosu xəbər verir ki, Ayxan ailəsi ilə birlikdə Bakıya getməyə hazırlaşan zaman nəzarətsiz qalan iki yaşlı Rəhim Məmmədli eyvandakı divanın üstünə çıxıb. Sonra uşaq əllərini pəncərədəki qoruyucu tora söykəyib. Elə bu zaman qoruyucu tor ağırlığa tab gətirməyərək yerindən çıxıb. Bu zaman azyaşlı uşaq qoruyucu torla birlikdə beşmərtəbəli binanın 4-cü mərtəbəsindən aşağı düşüb. Şahidlərin sözlərinə görə, uşaq əvvəlcə yaşayış binasının həyətindəki ağacın üzərinə, ordan isə yerə düşüb. Rəhim Məmmədli Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan paytaxt Bakıya xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında rayonun Qalalı yaşayış massivində baş verib. 2016-cı il təvəllüdlü Məhəmmədli Rəhim Ayxan oğlu yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılmışdı.

Faktla bağlı araşdırma aparılır.


***11:43

Salyan. 29 iyul. REPORT.AZ/ Salyanda iki yaşlı uşaq yaşayış binasından yıxılaraq ağır xəsarət alıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qalalı yaşayış massivində qeydə alınıb. Belə ki, 2016-cı il təvəllüdlü Məhəmmədli Rəhim Ayxan oğlu yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilən azyaşlı uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi