Salyanda avtoxuliqanlıq edən şəxs saxlanılıb

Salyanda avtoxuliqanlıq edən şəxs saxlanılıb Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Hadisə
839
21 Yanvar , 2022 09:13
Salyanda avtoxuliqanlıq edən şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, rayon sakini Vidadi Doj idarə etdiyi "VAZ" markalı avtomobil ilə gecə saatlarında yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunacaq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə V.Doj sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 500 manat məbləğində cərimə olunub.

Son xəbərlər

Orphus sistemi