Salyan. 23 yanvar. REPORT.AZ / Salyan rayonunda avtomobillərdən akkumulyatorlar oğurlanıb.
“Report”un Aran bürosu xəbər verir ki, naməlum şəxs və ya şəxslər tərəfindən rayonun Sarvan kənd sakini Əli Əliniyaz oğlu Məmmədova məxsus “Qazel” və “VAZ-2107” markalı avtomobillərindən akkumulyator oğurlanıb. Yerli sakinlərin sözlərinə görə, təkcə son bir ayda sözügedən kənddə, axşam saatlarında avtomobillərdən yalnız akkumulyatorlar oğurlanır. Artıq 20-yə yaxın sürücünün avtomobillərindən akkumulyator oğurlanıb. Ümumilikdə oğru və ya oğrular onlara 3 min manatdan çox ziyan vurub. Oğurluqla bağlı zərərçəkmişlər tərəfindən artıq Salyan Rayon Polis Şöbəsinə məlumat verilib.
Faktla bağlı Salyan RPŞ-də araşdırmalara başlanılıb.