Salyanda minik avtomobilləri toqquşdu, xəsarət alan var

Salyanda minik avtomobilləri toqquşdu, xəsarət alan var Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Fevral , 2020 22:36
Salyanda minik avtomobilləri toqquşdu, xəsarət alan var

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun şərti olaraq "Stansiya" adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə 1987-ci il təvəllüdlü Cavadov Zəbulla Alim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Z.Cavadov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi