Salyanda avtomobillə vurulan qadın piyadalardan biri xəstəxanada ölüb - YENİLƏNİB

Salyanda avtomobillə vurulan qadın piyadalardan biri xəstəxanada ölüb - YENİLƏNİB Hadisə səhər rayonun Arbatan kəndi ərazisində qeydə alınıb
Hadisə
5 Aprel , 2018 10:14
Salyanda avtomobillə vurulan qadın piyadalardan biri xəstəxanada ölüb - YENİLƏNİB
Report

Salyan. 5 aprel. REPORT.AZ/ Salyan rayonunda avtomobillə vurulan qadın piyadalardan biri xəstəxanada ölüb. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə nəticəsində ağır bədən xəsarətləri alan hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Şərqiyyə Nazim qızı Əhədova xəstəxanada ölüb.


***7:58

Salyan. 5 aprel. REPORT.AZ/ Salyan rayonunda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Arbatan kəndi ərazisində qeydə alınıb.

Arbatan kənd sakini,1981-ci il təvəllüdlü Fərzalı Aslan oğlu Fərəcov idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakinləri, 1950-ci il təvəllüdlü Əsgərova Kəmalə Aslan qızı və 1969-cu il təvəllüdlü Əhədova Şərqiyyə Nazim qızını vurub. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi