Salyanda avtomobillə vurulan gənc ağır xəsarət alıb

Salyanda avtomobillə vurulan gənc ağır xəsarət alıb Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 Yanvar , 2022 01:31
Salyanda avtomobillə vurulan gənc ağır xəsarət alıb

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Xalac kəndində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Kərimov Elmir Fərhad oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi