Salyanda avtomobillə mikroavtobus toqquşub

Salyanda avtomobillə mikroavtobus toqquşub Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5799
11 Oktyabr , 2020 01:21
Salyanda avtomobillə mikroavtobus toqquşub

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaraçala qəsəbəsində qeydə alınıb.

Belə ki, “Lada” markalı minik avtomobili və “Otoyol” markalı mikroavtobus toqquşub.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi