Salyan rayonunda avtomobil aşıb, ata və oğul xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 79-cu kilometrliyində, rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Masallı rayon sakini, 1976-cı il təvəllüdlü Rəhmətov Fuad Azadxan oğlu idarə etdiyi “Chevrolet” markalı avtomobillə hərəkətdə olan zaman anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü və onun sərnişini olan oğlu, 2006-cı il təvəllüdlü Rəhmətov Kənan Fuad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





