Salyanda avtomobil piyadanı vurub

Salyanda avtomobil piyadanı vurub Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
206
3 Oktyabr , 2021 19:52
Salyanda avtomobil piyadanı vurub

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Kərimov Zamin Rafiq oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan Z.Kərimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi