Salyanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Salyanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
14 Noyabr , 2019 18:57
Salyanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü  Babayeva Həqiqət Şahbaz qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

*** 16:59

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Həsənli kəndindən keçən hissəsində qeydə alınıb.

Hələlik adı məlum olmayan gənc qadını naməlum avtomobil vurub. Hadisədən sonra sürücü qaçıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi