Salyan rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində baş verib.
Belə ki, kənd sakini, 1957-ci il təvəllüdlü Axundova Lətifə Əlihüseyn qızı yolu keçmək istəyən zaman minik avtomobili vurub.
Digər hadisə isə rayonun Parça Xələc kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Bağırova Simuzər Ağababa qızı yolda gedərkən “Mersedes” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.