Salyanda avtomobil kanala düşüb, 3 nəfər xəsarət alıb

Salyanda avtomobil kanala düşüb, 3 nəfər xəsarət alıb Salyan. 13 oktyabr. REPORT.AZ/ Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Oktyabr , 2018 17:23
Salyanda avtomobil kanala düşüb, 3 nəfər xəsarət alıb

Salyan. 13 oktyabr. REPORT.AZ/ Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən UAZ markalı avtomobilin yolun yaxınlığındakı kanala düşməsi nəticəsində maşında olan 1966-cı il təvəllüdlü Həsənov Mübariz İlyas oğlu, 1994-cü il təvəllüdlü Teymurzadə Teymur Mehman oğlu və 1980-ci il təvəllüdlü Qasımov Ramin Cəlal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi