Salyanda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB

Salyanda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb
Hadisə
25 Noyabr , 2017 22:35
Salyanda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB

Salyan. 25 noyabr. REPORT.AZ/ Salyanda baş vermiş yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, Ələt-Astara magistral yolunun Salyan ərazisindən keçən hissəsində minik avtomobilinin beton dirəyinə çırpılması nəticəsində Salyan şəhərinin 20 Yanvar küçəsində yaşayan 30 yaşlı Etibar Vahid oğlu Qafarov və 35 yaşlı Ramil Həmid oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


***21:39

Salyan rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində minik avtomobili beton dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 2-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi