Salyan rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Noxudlu kəndində qeydə alınıb.
Avtomobil yol keçən 2010-cu il təvəllüdlü Mustafayev Rəhman Ehtiram oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona üz nahiyəsinin hematoması və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Azyaşlı reanimasiyaya yerləşdirilib.